Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ramil Usubov Berlinde Tehlukesizlik Konfransinda

5 views30/11/2016

19:40

– xeber –
Noyabrın 29-30-da Almaniyanın paytaxtında XV Berlin Təhlükəsizlik Konfransı keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, konfransda Azərbaycan Respublikasını Daxili İşlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da tədbirdə iştirak edib.
Konfransda Avropa Parlamentinin, Avropa Xarici Fəaliyyət Xidmətinin təmsilçiləri, eləcə də Almaniya, Fransa və Avropanın bir sıra ölkələrinin təhlükəsizlik və müdafiə məsələləri ilə məşğul olan qurumlarının rəhbər işçiləri, müdafiə sənayesi müəssisələrinin, Berlində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və mətbuat təmsilçiləri iştirak ediblər.
Tədbir zamanı Avropa İttifaqı qarşısında duran təhlükəsizlik çağırışlarına birgə cavab verilməsinin, xüsusilə Şengen zonasına daxil olan ölkələrdə təhlükəsizlik və müdafiə məsələlərinin tənzimlənməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi qeyd olunub. Avropa İttifaqının vahid təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsindən bəhs olunub, təhlükəsizliyin təmin edilməsi və bu baxımdan beynəlxalq terrorizmə qarşı mübarizənin, habelə digər sahələrdə birgə əməkdaşlığın daha da gücləndirilməsinin labüd olduğu vurğulanıb. Eyni zamanda, Avropa İttifaqı Şurasının dekabr ayında nəzərdə tutulmuş iclası ərəfəsində Almaniya ilə Fransa, habelə NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində daha səmərəli əməkdaşlıq məsələsi geniş müzakirə mövzusu olub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler