Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rahat yatmaqla bagli maraqli formul – “10-3-2-1-0”

19 views11/03/2016

23:48

01:40 – xeber – Kanadalı idman müəllimi Ballantin yuxu haqda maraqlı bir formul hazırlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, özünü daim yorğun hiss edənlər, yaxşı yata bilməyənlər və səhər tez oyanmaqda çətinlik çəkənlər üçün kanadalı idman müəllimi Kreq Ballantin çox sadə bir formul kəşf edib. İndiyədək elmi araşdırmalarını və təcrübələrini bir yerə gətirən Ballantin formulunu “10-3-2-1-0” rəqəmələri ilə sıralayıb.
 
3 rəqəmi yatmazdan 3 saat əvvəl yemək yeməyin və alkoqollu içkilər qəbul etməməyin  deməkdir. 2 rəqəmi isə yatmağa iki saat qalmış işləməyi bir kənara qoyun mənasına gəlir. Ballantinin formulundakı 1 rəqəmi yatağa girməyə 1 saat qalmış televizor, kompüter və telefonun ekranına baxmamaq anlamındadır. Formuldakı 0 isə səhər zəngli saatınızı ertələmə düyməsinə heç basmayın, çaldığı zaman yuxudan qalxın, mənasına gəlir.
 
Qeyd edək ki, daha əvvəl yaxşı yatmağın sirrini araşdıran Harvard məzunu olan həkim Andrea Vayl “4-7-8” adlandırdığı texnikasını açıqlamışdı. Vaylın texnikası isə “Yatağa uzandıqdan sonra 4 dəfə səssizcə burnundan nəfəs al. Nəfəsini tut və 7-ə qədər say. Daha sonra 8 saniyə boyunca üfləyərək nəfəsini ver. Eyni şeyi 3 dəfə təkrarla” təlimatlarından ibarət idi. Vayl bu vəziyyət davam edəcəyi təqdirdə qısa bir müddətdə yuxuya gedilə biləcəyini deyib. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler