Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Qurban Qurbanovdan aciqlama: "Fexr edirem"

10 views12/09/2017

23:34


[r32]
– xeber –
Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq. “Çelsi”nin gücü hər kəsə məlumdur.
APA-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Çelsi” ilə qarşılaşan Azərbaycan çempionu 0:6 hesabı ilə məğlub olub.
Matçdan sonra təşkil olunan mətbuat konfransında təcrübəli çalışdırıcı fikirlərini bölüşüb: “Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olması ilə bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler