Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Quds meselesini Putinle danisacam, cunki… – Erdogan

11 views07/12/2017

10:00


[r32]
– xeber –
Qüds hər zaman müsəlmanların, xristianların və bir qisim musəvinin ibadət yeri olaraq qəbul edilib. Müsəlmanların ilk qibləsidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqda deyib.
“Belə bir addım atmaq bu bölgəni alovun içinə salmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Bu necə bir addımdır? Siyasi liderlər tərəfləri qarışdırmaq üçün yox, barışdırmaq üçün vardırlar. Hörmətli Trampın nə etmək istədiyini anlamaq mümkün deyil”, – Ərdoğan bildirib.
O, həm Roma Papası Fransisk, həm də Rusiya Prezidenti Vladimir Putinlə bu məsələni müzakirə edəcəyini deyib:
“Onlarla da müzakirələr aparacağam. Çünki Qüds həm də xristianların məbədi hesab olunur. Bu artıq müsəlmanların deyil, bütün bəşəriyyətin problemidir”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler