Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Qida Tehlukesizliyi Agentliyinin onemi – Ekspert

5 views15/11/2017

06:51


[r32]
– xeber –
Qida Təhlükəsizliyi Agentliyinin yaradılması çox əhəmiyyətli bir addımdır.
Bu sözləri Axar.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi ilə beynəlxalq təcrübəni bölüşməyə hazırdırlar:
“Agentliyin fəaliyyətində kollegiya mütəxəssislərinin dəvət olunması məsələsi nəzərdə tutulur. Lakin gözlədiyimiz bir şey var ki, görəsən, beynəlxalq təcrübəni özündə birləşdirən ictimai təşkilatlar bu agentliyin tərkibində olacaq, ya yox? Digər müsbət hal isə apelyasiya şurasının yaradılması və şuranın təmənnasız xidmət göstərməsindən ibarətdir. Arzu edərdik ki, şurada KİV-in və ictimai təşkilatların nümayəndələri iştirak etsin. Təəssüf ki, əsasnamədə istehlakçıların işləmə, təhlükəli malların geri çağırılma mexanizmi yer tapmayıb. Biz Azad İstehlakçılar Birliyi olaraq, beynəlxalq təcrübəni həmin agentlik ilə bölüşməyə hazırıq. Ölkə prezidentinin dediyi kimi, ictimai nəzarət mexanizmini gücləndirməyə və agentliyin işləməsinə hər kəs dəstək verməlidir”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalamışdı.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler