Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Qerb Erdoganin yerine onu hazirlayir – Arseven

19 views29/11/2016

07:12

– xeber –
Qərb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerinə Abdullah Gülü hazırlayır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər türkiyəli yazar Sərdar Arsevənin hökumətə yaxınlığı ilə seçilən “Milad” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, Qərb artıq Ərdoğandan qurtulmaq istəyir:
“Qərb bunun üçün iqtisadi böhran silahından istifadə edəcək. Dolların həddən artıq qalxması bunun nişanıdır. Türkiyəni elə bir böhrana itələyəcəklər ki, 15 iyulda ayağa qalxan xalq belə “Qərblə savaşmaq yanlış oldu” deyəcək. Vətəndaşa həm mühafizəkar, həm də Qərblə yaxşı əlaqələri olan bir şəxs təqdim ediləcək. Bu şəxs isə eks-prezident Abdullah Gül olacaq”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler