Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Qebele" sansi elden verdi ve meglub oldu – Yenilenir

12 views24/11/2016

20:00

– xeber –
20:04
Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qəbələ” komandası bu mövsümdə sonuncu ev oyununu keçirir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “C” qrupunda mübarizə aparan təmsilçimiz “Bakcell Arena”da Belçikanın “Anderlext” klubu ilə qarşılaşır.
Ukraynalı referi Yevgeni Aranovskinin idarə etdiyi matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı (kapitan), Nika Kvekveskiri, Asif Məmmədov, Vitali Vernidub, Bagali Dabo, Filip Ozobiç, Rikardinyo, Teo Uiks, Rəşad Eyubov, Ürfan Abbasov və Rafael Santos yer alıblar.
Belçika təmsilçisinin ilk onbirliyində isə meydana Frank Boeks, Uroş Spayiç, Bram Nuytink, Dieqo Kapel, Frank Aşemponq, Yuri Tilemans, Lender Dendonker, İvan Obradoviç, Emanuel Soa, Nikolae Stansiu və Lukaş Teodorçuk çıxıblar.
20:13
Matçın 11-ci dəqiqəsində rəqib komandanın oyunçusu Tielemans hesabı açıb: 1-0
***
15-ci dəqiqədə Rikardinyo hesabı penaltı zərbəsi ilə bərabərləşdirib: 1-1

21:54

"Qəbələ" matçın gedişatında 2-ci dəfə penalti qazanmaq imkanı əldə etdi, ancaq Rikardinyo penalti zərbəsini boşa verməklə komandasını hesabda irəli çıxara bilmədi. Görüşün 90 və 93-cü dəqiqəsində Belçika təmsilçisi azlıqda qalan "Qəbələ"nin qapısına daha iki qol vurmaqla qələbə əldə etdi: 1-3.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler