Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Qazaxistandan 1 ton baliq getiren sexs Bakida tutuldu

12 views12/01/2018

10:00


[r32]
– xeber –
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan Axar.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99 LF 021/05 ZA 006 nömrə nişanlı “Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında, həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə – ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1 ədəd üzərində “Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler