Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Qarabagla bagli seylerimizi esirgemeyeceyik – Qrenqer

13 views22/11/2016

17:40

– xeber –
Noyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer ilə görüşüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Milli Məclisin sədri bu səfərin Azərbaycan üçün əhəmiyyətli olduğunu qeyd edib. Bildirilib ki, Avropa Mühafizəkarları Qrupu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ən fəal təmsil olunduğu və əməkdaşlıq etdiyi partiyadır. Heç də təsadüfi deyil ki, nümayəndə heyətimizin rəhbəri məhz bu Qrupda təmsil olunub. Avropa Mühafizəkarları Qrupu ölkəmizlə bağlı məsələlərin müzakirəsində həmişə ədalətli mövqe tutaraq, obyektiv qərarların qəbul olunması üçün səylər göstərib. Ümumiyyətlə, Azərbaycan 15 ildir ki, təşkilata üzvdür. Bu quruma üzvlük qanunvericiliyimizin təkmilləşdirilməsində, irəliyə doğru müsbət addımların atılmasında əhəmiyyətli rol oynayıb.
Oqtay Əsədov deyib: “Avropa Şurası ilə əlaqələrimiz yüksək səviyyədədir və biz gələcəkdə də təşkilatın digər qurumları ilə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Təqdirəlayiq haldır ki, quruma üzv olduğumuz dövrdən bəri, demək olar ki, AŞPA sədrlərinin hamısı Azərbaycanda səfərdə olub, ölkəmizin reallıqlarını gözləri ilə görüblər. Biz Avropa İttifaqı ilə də hərtərəfli əlaqələrimizi qarşılıqlı şəkildə inkişaf etdirmək niyyətindəyik. Bu istiqamətdə müəyyən sənədlər üzərində iş davam etdirilir”.
Sədr vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. TANAP və TAP kimi təbii qaz layihələrinin reallaşması isə bu sahəyə mühüm töhfə olacaq. Qədim İpək Yolunu dəmir relslər üzərinə keçirən Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi ilə Avropa və Asiya arasında dayanıqlı nəqliyyat dəhlizi yaratmaq niyyətindədir.
Diqqətə çatdırılıb ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemlə əlaqədar BMT-nin, Avropa Parlamentinin, AŞPA-nın qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Bu ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə bir daha göstərdi ki, bu münaqişə heç də bəzi siyasətçilərin düşündüyü kimi “dondurulmuş münaqişə” deyil. Problemin həlli üçün işğalçıya beynəlxalq birlik tərəfindən təzyiqlər göstərilməlidir. Biz problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq.
AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Ölkəmizə ilk dəfə səfər etdiyini deyən qonaq Azərbaycan nümayəndə heyətinin Qrupun, ümumiyyətlə, AŞPA-nın tədbirlərində fəal iştirak etdiyini söyləyib. O deyib ki, Avropa Mühafizəkarlar Qrupunun üzvləri Azərbaycanda, ümumiyyətlə, bölgədə baş verən prosesləri diqqətlə izləyir, hadisələrin düzgün və obyektiv qiymətləndirilməsi üçün lazımi addımlar atırlar. Bu cür səfərlərin həyata keçirilməsi də məhz bu məqsədlərə xidmət edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Yan Liddel-Qrenqer problemin ədalətli həlli üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğulayıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler