Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Qarabag"in oyuncusu ilk uclukde – UEFA-nin siyahisinda

12 views27/11/2016

16:16

– xeber –
UEFA Avropa Liqasında ən dəqiq ötürmə verən oyunçuların siyahısı açıqlanıb.
APA-nın məlumatına görə, “Qarabağ”ın futbolçusu Riçard Almeyda adıçəkilən siyahıda 3-cü pillədə yer alıb.

Bu barədə futbol qurumunun rəsmi saytında xəbər verilib. Belə ki, 334 dəfə ötürmə vermək haqqında düşünən Almeyda bunun 299-da məqsədinə çatıb. Riçardın dəqiqlik əmsalı 90%-ə bərabərdi.

Qitənin ikinci dərəcəli klub turnirində ən çox ötürmə verən oyunçu “Roma”nın üzvü Leandro Paredesdi. O, 490 dəfə buna cəhd edib və 457 cəhdi uğurlu olub. Bu isə, 93% dəqiqlik deməkdi.

Turnir cədvəlinin ikincisi “Zenit”li Luis Netodur. 368 cəhdinin 346-da uğurlu olan Netonun faydalılıq əmsalı 94%-ə bərabərdi.

Maraqlıdır ki, Pol Poqba, Aksel Vitsel kimi futbolçular daha aşağı pillələrdə qərarlaşıblar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler