Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Qalatasaray”da sok qalmaqal

9 views21/11/2016

17:40

– xeber –
Türkiyə superliqasında dünən keçirilən “Fənərbaxça” – “Qalatasaray” oyununun gedişatı zamanı qalmaqal baş verib.
Qol.az-ın xəbərinə görə, buna “Qalatasaray”ın ehtiyatda qalan kapitanı Səlcuq İnanın ikinci hissədə də oyuna daxil edilməməsi səbəb olub. Fasilədən sonra meydanın kənarında isinmə hərəkətləri edən təcrübəli futbolçu baş məşqçi Jan Olde Riekerinkin üçüncü dəyişiklik haqqı zamanı da onun xidmətindən istifadə etməməsinə etirazını bildirib. Bundan sonra texniki zonada oturan oyunçu baş məşqçinin köməkçisi Ayxan Akmanla mübahisə edib.
Ayhan Akman “Sən kimsən ki, belə danışırsan” deyərək Səlcuqa əsəbiləşib. Futbolçu isə “Mən “Qalatasaray”ın kapitanıyam. Arxamca iş görməyin” – deyə cavab verib. Baş məşqçi Riekerink də bu hərəkətinə görə Səlcuka hirslənib.
Yalnız klubun meneceri Mərd Çətinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler