Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

PYD Turkiye tanklarini bu silahla vurur – Foto

15 views24/11/2016

12:52

– xeber –
Bir neçə gün öncə Türkiyə ordusunun ağır artilleriyasını atəşə tutan PYD qüvvələri hərbi təchizatı ABŞ-dan alır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, terrorçular sonuncu dəfə Türkiyəyə məxsus 2 tankı ABŞ istehsalı BGM-71 TOV tank əleyhinə raket kompleksi ilə atəşə tutub.
Bu arada “Fərat qalxanı” əməliyyatları çərçivəsində Azad Suriya Ordusu (ASO) 170-dən artıq kənd və qəsəbəni İŞİD terrorçularından təmizləyib.
Artıq müxalif qüvvələr Əl Babın 800 metrliyinə çatıb.
Hazırda bölgə cənubdan Əsəd qüvvələri, şərqdən isə PYD silahlıları tərəfindən mühasirədə saxlanılır.
Əməliyyatlarda diqqət çəkən məqam isə İŞİD-in 17 kəndi qarşıdurmasız PYD qüvvələrinə təslim etməsi olub. Bu da İŞİD-in PYD ilə gizli əməkdaşlıq etdiyini ortaya qoyub.
Əl Baba 3 istiqamətdən hücuma keçməyə hazırlaşan ASO şərqdə PYD silahlılarına qarşı yeni cəbhə açıb.
Şeyx Nasir, Ərəb veran, İlanlı, Burseya və Qanlıquyu, Cudeyra və Barezi kəndlərində baş verən qarşıdurmalarda hər iki tərəf ciddi itki verib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler