Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Putinle Nazarbayev Serkisyana surpriz hazirlayir – Eliyev fakti

13 views26/11/2016

10:24

– xeber –
Nazarbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunda Ermənistan nümayəndəsini görmək istəmir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər erməni jurnalist Akop Badalyanın “Lragir.am” saytında dərc edilən məqaləsində yer alıb. Onun sözlərinə görə, Nazarbayev bunu Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətinə görə edir:
“Rusiya və Qazaxıstan lideri telefonla Avrasiya İttifaqı və KTMT-nin dekabr sammitini müzakirə ediblər. Bu sammitin əsas məsələlərindən biri KTMT-yə yeni baş katibin təyinatı olacaq. 2015-ci ilin sonlarında bu məsələ iki dəfə təxirə salınıb. Bu vəzifəyə Ermənistan nümayəndəsinin təyin ediləcəyi deyilsə də, sonradan dayandırılmışdı. Qeyri-rəsmi olaraq bildirilir ki, KTMT-nin baş katibinin seçilməməsinin əsas səbəbi İrəvan sammitində Nursultan Nazarbayevin iştirak etməməsi olub. Bundan əlavə söylənilir ki, Nazarbayev məhz buna görə İrəvana gəlməyib. Nazarbayev KTMT-nin rəhbərliyində Ermənistan nümayəndəsini görmək istəmir, çünki bunun İlham Əliyevin xoşuna gəlməyəcəyini düşünür. Qazaxıstan, Belarus və ya Rusiyadan məhz hansı biri bizim KTMT rəhbərliyində Ermənistanın yer almağının əleyhdarıdır? O zaman ortaya daha bir sual çıxır ki, niyə Rusiya Ermənistanı başqa namizədi irəli sürməyə razı salmağa çalışmır?”

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler