Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Putinden dunyaya: “Meglub olarsiniz…”

10 views29/11/2016

07:20

– xeber –
Rusiya Prezidenti Vladimir Putinin İtaliyanın “La Stampa” qəzetində “Rusiyaya güvənməyin vaxtıdır, terrora qarşı bir cəbhə” başlıqlı məqaləsi dərc olunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məqalədə Putin dünyanı düşündürən çox mühüm məsələlərdən bəhs edib, çıxış yolu göstərib.
Kreml rəhbəri ilk növbədə bütün ölkələri terrorla mübarizədə sıx əməkdaşlığa dəvət edib. Onun sözlərinə görə, dünya dövlətləri birləşməsə, terror qalib gələcək:
“Terorla mübarizənin qlobal nəticəsi yoxdur. Bununla bərabər, təhdidlər artır. Bu təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq. Ancaq Rusiyanın bu çağırışlarına əhəmiyyət verən yoxdur. Terror təşkilatları silahlanmaya davam edir. Bu, çox təhlükəli oyundur, iştirakçılara bir daha səslənirəm: terrorçular sizdən ağıllı və güclüdürlər, onlarla oynasanız, məğlub olarsınız.
Rusiya kimi ölkələrin min illik tarixi var. Biz azadlığımız və müstəqilliyimizə dəyər verməyi öyrənmişik. Eyni zamanda biz dünyada üstün olmağı, yaxud başqa ölkələrlə mübarizəyə girməyi hədəf seçməmişik. Bizim fikrimizcə, gerçək liderlik təhdidlər uyduraraq başqalarını məğlub etməyə çalışmaq deyil, həqiqi problemləri görərək, dövlətləri bu problemlərin həlli üçün birləşdirməkdir. Rusiya dünyadakı rolunu bu şəkildə görür”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler