Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Putinden AP-nin sok qetnamesine munasibet

10 views23/11/2016

21:40

– xeber –
Qərb toplumunun demokratiya anlayışında problem var.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Avropa Parlamentində (AP) rus KİV-lərinə qarşı qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.
“Əgər həqiqətən də belə bir qərar qəbul edilibsə, deməli, Qərbin demokratiya anlayışında problem mövcuddur. Bizə demokratiyanı öyrətməyə çalışdılar və hələ də buna davam edirlər. Demokratiya müəllimlərindən nəyəsə qadağa qoyulmasının ən yanlış yol olduğunu, bunun demokratik norma və prinsiplərə uymadığını eşitdik. Biz sonunda hər hansı məhdudiyyətin tətbiq edilməməsini arzulayırıq”, – Kreml rəhbəri bildirib.
Qeyd edək ki, Avropa Parlamenti üçüncü tərəfin təbliğatına qarşı fəaliyyət haqqında qətnamə qəbul edib. Qətnamədə Rusiya və İŞİD təbliğatı Avropa Birliyi ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid kimi qəbul edilir. Həmçinin AP Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərdiyini qeyd edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler