Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Putin Gurcustana Busun gozleri qarsisinda girdi”

22 views11/03/2016

15:24

17:18 – xeber – Putin Gürcüstana Corc Buşun gözləri qarşısında girdi.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Atlantik” jurnalına müsahibəsində ABŞ Prezidenti Barak Obama söyləyib. Onun sözlərinə görə, İraqda ABŞ ordusunun yerləşdirilməsi Buşun rasional qərarı olub. Jurnalistin “Rusiyanın Krımı işğal etməsi və Suriyaya ordularını göndərməsi ABŞ-ın Moskvadan qorxmasını göstərirmi”, – sualına Obama eks-prezident Corc Buşu misal gətirərək cavab verib:
 
“Məncə, dünyada bir nəfər də olsun fikirləşmir ki, Corc Buş hərbi güc tətbiq edəndə tədbirli addım atıb.  Məhz həmin dövrdə Putin Buşun gözləri qarşısında Gürcüstana girdi. O zaman isə bizim İraqda 100 min hərbçimiz vardı”.
 
Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstana qoşun yeridib. Nəticədə Cənubi Osetiya Gürcüstandan ayrılıb. Bundan sonra Moskva qondarma Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyan yeganə ölkə olub. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler