Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Putin ABŞ-a razilasma teklif edib – Xususi numayende

1 views13/09/2017

14:17


[r32]
– xeber –
Rusiya Prezidenti Vladimir Putin aprel ayında Vaşinqtona xüsusi nümayəndəsini göndərərək, münasibətlərin normallaşdırılmasını təklif edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Buzzfeed” informasiya yayıb.
İddiaya əsasən, təklifdə Rusiya və ABŞ arasında diplomatik və hərbi kommunikasiya kanallarının, habelə iki ölkənin kəşfiyyat xidmətləri arasında əlaqələrin bərpasına çağırış yer alıb. Vaşinqtonla Rusiya arasında Əfqanıstan, İranın nüvə problemi, Ukrayna ətrafında baş verən hadisələr və Şimali Koreya təhlükəsi barədə ikitərəfli görüşlər keçirilməsi nəzərdə tutulub. Münasibətlərin normallaşdırılmasının növbəti mərhələsi kimi iki ölkənin təhlükəsizlik xidmətlərinin və Müdafiə nazirliklərinin yüksəkrütbəli nümayəndələrinin görüşlərinin keçirilməsi təklif edilib.
Məlumata görə, hazırda Rusiyanın təkliflərinin çox az bir hissəsi reallığa çevrilib.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler