Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Prezidentin komekcisi manatdan danisdi

24 views11/03/2016

10:04

12:00 – xeber – Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə, onların müntəzəmliyinin təmin edilməsini, islahatların əhatə dairəsini genişləndirilməsini və bu sahədə işlərin daha da sürətləndirilməsini zəruri edib.
 
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.
 
N. Əmirov deyib ki, Azərbaycan dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş, açıq iqtisadiyyatlı ölkə kimi, qlobal çağırışlardan kənarda qala bilməzdi:
 
"Neftin qiymətinin kəskin enməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutasının devalvasiyaya uğraması milli valyutamızın devalvasiyasını zəruri edib. Lakin aparılan məqsədyönlü işlər nəticəsində hazırda valyuta bazarlarında sabitlik müşahidə olunur ki, manat da artıq öz fundamental məzənnəsini tapmaqdadır".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler