Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Prezidentin İran seferinde vacib siyasi meqam

20 views28/02/2016

08:04

10:00 – xeber – Prezident İlham Əliyevin İrana səfərinin siyasi əhəmiyyəti böyükdür.
 
Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini və imzalanan müqavilələri şərh edərkən deyib. Deputat bildirib ki, nəinki İran, bütün qonşu ölkələrlə normal siyasi, iqtisadi və mədəni münasibətlər Azərbaycanın strateji maraqlarının əsasını təşkil edir:
 
“Dövlət başçısının Tehrana səfərində bir sıra vacib siyasi amillər var. Birincisi, iki ölkə arasında olduqca əhəmiyyətli 11 saziş imzalanıb. Bu, Azərbaycan üçün ”Şimal-Cənub” dəhlizinin formalaşması baxımından önəmlidir. İkincisi, İranla Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaranıb. Üçüncü, ən əsas amil isə İranla bəzi problemlərin aradan qaldırılması istiqamətində addımların atılmasıdır. Bu o deməkdir ki, Bakı ilə Tehran arasında iqtisadi əlaqələr daha da güclənəcək”.
 
Qeyd edək ki, İlham Əliyev fevralın 23-də İrana səfər edib. Səfər çərçivəsində Azərbaycanla İran arasında 11 müqavilə imzalanıb. Tərəflər mətbuata açıqlamalarında “Şimal-Cənub” layihəsinin bölgə üçün yeni inkişafa səbəb olacağını bildiriblər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler