Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Prezidentden bunu gozlemirdim – Politoloq

15 views09/11/2016

08:32

10:29 – xeber – Təltif edilməyim mənim üçün çox gözlənilməz oldu.
 
Bu sözləri tanınmış politoloq, keçmiş diplomat Fikrət Sadıqov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni almasınına münasibət bildirərkən deyib. Axar.az-a təəssüratlarını bölüşən politoloq uzun illərdir ki, siyasi ekspert kimi həm televiziya və radioda, həm də onlayn mediada iştirak etdiyini, bir sıra kitabların müəllifi olduğunu vurğulayıb:
 
“Vətən uğrunda fəaliyyətimi hər zaman ən üstün şəkildə aparmışam, bundan sonra da fəal olmağa hazıram. Fəaliyyətim əlbəttə ki, ölkəmizin maraqları çərçivəsindədir və bundan sonra da bu çərçivədə davam etdirəcəyəm. Təltif olunmağım mənim üçün gözlənilməz oldu. Bu cür ədalətli qiymətləndirməyə görə ölkə rəhbərinə minnətdarlığımı bildirirəm”.
 
Qeyd edək ki, tanınmış politoloq Fikrət Sadıqov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler