Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Prezident Canni İnfantinoya mektub gonderdi

23 views27/02/2016

12:16

14:12 – xeber – Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantinoya təbrik məktubu göndərib.
 
Axar.az məktubun mətnini təqdim edir:
 
“Hörmətli cənab İnfantino,
 
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
 
Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler