Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Porosenko İlham Eliyevi tebrik etdi – Yenilendi

9 views09/11/2016

22:04

00:01 – xeber – 2016-11-09 21:16:00
 
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.
 
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər verib.
 
P.Poroşenko Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan liderini təbrik edib.
 
Tərəflər iyulun 14-də Bakıda keçirilmiş görüşdə əldə edilən razılaşmaların həyata keçirilməsindən məmnunluq ifadə ediblər.  
 
P.Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü davamlı və ardıcıl dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 
Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
 
Pyotr Poroşenko Azərbaycan prezidentini Ukraynaya rəsmi səfər dəvət edib. 
 
***
Noyabrın 9-da Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidentinə Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
 
Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər.
 
Ukrayna Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Öz növbəsində Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu qeyd edib.
 
Petro Poroşenko Prezident İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı dəvətə görə minnətdarlığını bildirib.
 
Söhbət zamanı Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler