Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Politoloq: İlin sonuna qeder Qarabag…

14 views24/11/2016

07:00

– xeber –
Bu ilin sonuna qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı real dəyişiklik baş verməyəcək.
Bunu Axar.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq əsas aparıcı ölkələrin münaqişənin həlli ilə bağlı biganəlik nümayiş etdirdiyini bildirib:
“Ola bilsin, Amerikanın yeni seçilmiş prezidenti qarşıda hansısa ideyalar və yeni təkliflər irəli sürsün. Ancaq faktiki olaraq prosesə müəyyən mənada müsbət təsir göstərəcək real irəliləyiş yoxdur. Hələlik dövlət başçılarının da görüşü alınmır. Düzdür, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılır, ancaq görünür, bu, kifayət deyil. Konkret təkliflər təbii ki, beynəlxalq hüquq normalarına əməl etmək və BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlıdır. Ancaq hələ ki, aparıcı dövlətlərdən ədalətli yanaşma görmürük. İkili yanaşma davam edir, problemdən uzaqlaşma hiss olunur. Bütün bunlar nikbinlik yaradır. Hər halda bu ilin sonuna qədər real dəyişiklik baş verməyəcək. Ancaq 2017-ci ildə siyasi aləmdə yeni mənzərə yarana bilər”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler