Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Patriot”lar hazir veziyyete getirildi – Heyecan

11 views13/08/2017

07:34


[r32]
– xeber –
Yaponiya ordusu ölkənin qərb və cənub-qərb bölgələrində “Patriot” raket sistemlərini yerləşdirərək Şimali Koreyanın Quam adasına mümkün zərbəsinə qarşı tam hazırlıq vəziyyətinə gətiriblər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiodo agentliyi informasiya yayıb.
Agentliyin məlumatına görə, “Patriot” raket sistemləri Honsyu və Sikoku adasında Şimali Koreyanın Quam adasını vuracağı təqdirdə raketin keçə biləcəyi mümkün koordinatlar üzərində quraşdırılıb. Bundan əlavə Yaponiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Aegis" döyüş informasiya-nəzarət sistemi ilə təchiz olunmuş gəminin də Yapon dənizində hazır vəziyyətdə gözlədildiyi bildirilib.
Qeyd edək ki, Şimali Koreya ABŞ-a məxsus Quam adasını vurmağa hazırlaşdığını bildirmişdi.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler