Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Palatada DB numayendeleri ile muhum gorus

12 views08/11/2016

06:52

08:45 – xeber – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə sabitliyinin təmin olunması istiqamətində Dünya Bankının hazırladığı tövsiyələrə dair maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Palatadan Axar.az-a verilən məlumata görə, görüşdə əmanətlərin sığortalanması, qeyri-işlək kreditlər probleminin həllinə dair keçirilmiş görüşdə bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə edilib.
 
Görüşdə həmçinin maliyyə sabitliyi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planının və maliyyə sabitliyinin təmin olunması istiqamətində qarşıda duran məqsədlərin yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler