Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Pakistanla muhum muqavile imzalandi

31 views11/03/2016

17:12

19:07 – xeber – Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Yaponiyanın Tokyo şəhərində işgüzar səfərdə olub.
 
Axar.az Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan ombudsmanı Pakistanın federal ombudsmanı ilə bu ölkənin Tokyodakı səfirliyində İran, Pakistan, Özbəkistan ombudsmanlarının və səfirlərinin iştirakı ilə insan hüquqlarının təmini və müdafiəsi, layiqli idarəetmə, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi və birgə tədbirlərin keçirilməsini nəzərdə tutan qarşılıqlı Anlaşma Memorandumu imzalayıb. Memorandumun məqsədi, habelə Azərbaycan vətəndaşlarının Pakistan ərazisində, Pakistan vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları barədə təsisatların bir-birini vaxtında məlumatlandırması, pozulmuş hüquqların bərpa edilməsinə öz səlahiyyətləri çərçivəsində yardım göstərilməsidir.
 
Memorandumun imzalanma mərasimindən sonra Azərbaycan, İran, Çin, Pakistan, Özbəkistan ombudsmanlarının və səfirlərinin iştirakı ilə görüş keçirilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler