Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Özunu gulleleyen 23 yasli gencden xeber var

19 views11/03/2016

11:44

13:37 – xeber – Xəstə əməliyyat olunub. Hazırda vəziyyəti ağır olaraq qalır.
 
Bu barədə Axar.az-a Respublika Kliniki Xəstəxanasının cərrahiyyə şöbəsindən bildirilib. Məlumata görə, özünü güllələyən 23 yaşlı gənc dünən gecə saatlarında əməliyyat olunub.
 
Xatırladaq ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumatda  hadisənin rayonun Şahhüseynli kəndində qeydə alındığı bildirilir.
 
Kənd sakini, 1993-cü il təvəllüdlü Rahim Əhmədli ov tüfənginin lüləsini ağzına dirəyərək atəş açıb. Nəticədə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Gənc oğlanın atasının ağır xəstə olduğu, bu səbəblə baş verənlərdən  xəbərsiz olduğu bildirilir.
 
Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə atdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler