Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Özunu denize atan sexsin cesedi tapildi

18 views12/03/2016

08:44

10:40 – xeber – Bu gün səhər saatlarında Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi tapılıb.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat saat 08:53-də başa çatıb.
 
Xatırladaq ki, dünən Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olmuşdu.
 
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, vətəndaşın axtarışlarına başlamışdı.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler