Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Özumuz ozumuzun dusmeniyik – Millet vekili

8 views04/11/2016

20:40

22:35 – xeber – Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bu günlərdə İtaliyada veteranlar arasında keçirilən kikboksinq üzrə dünya çempionatında qalib gəlib. 
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, səfər öncəsi "Yeni Müsavat"a müsahibəsində yarışla bağlı fikirlərini bölüşən A.Əliyevlə yarışdan sonrakı təəssüratlarını soruşduq.  Bir sıra digər məsələlərdən də danışdığımız deputat “Yeni Müsavat”a açıqlamasında yarışın təşkilatçılığından narazı qaldığını bildirdi:  
 
– Açığı, mən bu yarışı daha səviyyəli yarış hesab edirdim. Ancaq güclü bir yarış olmadı. Həm təşkilatçılıq, həm iştirakçıların sayı, həm də yarışın səviyyəsi çox aşağı idi. Düzdür, biz veteranların bu kimi yarışlarda iştirakı normaldır. Amma ölkənin yığma komandasında təmsil olunan idmançılar üçün elə bilirəm ki, belə yarışların səviyyəsi çox aşağıdır. 
 
– Bu cür aşağı səviyyədə təşkilatçılıq nə ilə əlaqədar idi? 
 
– Dünyada bir-biri ilə rəqabət aparan 4 kikboksinq təşkilatı var. VAKO adlanan Dünya Kikboksinq Təşkilatı öz səviyyəsi, təşkilatçılığı, iştirakçı ölkələrin sayı ilə zəif təşkilatları sıradan çıxarıb. Bu yarışı təşkil edən qurum da yavaş-yavaş sıradan çıxır. VAKO isə doğrudan da çox mötəbər təşkilatdır. Eyni vaxtda orada Avropa Çempionat keçirilirdi. Bizim də yığma komandamız yarışa qatılmışdı. 
 
– Avropa Çempionatında nəticə necə oldu? 
 
– Bizim 3 idmançımız finala çıxmışdı. Yığma komandamız oradan 1 qızıl, 2 gümüş, 3 bürünc medalla geri döndü. 
 
– Siz təmsil olunduğunuz yarışın zəif təşkilat tərəfindən keçiriləcəyini qabaqdacan bilmirdiniz? 
 
– Bilirdim ki, zəif təşkilatdır. Sadəcə olaraq onlar məni dəvət etmişdilər. Özüm də istədim ki, gedim yarışın səviyyəsini öz gözümlə vəziyyəti görüm, gəlim.
 
-Siz kiminlə döyüşdünüz?
 
-Bir Rumınıya idmançısı ilə üz-üzə gəldim. Mən yaşda, mən çəkidə, yəni 45-50 yaş arasında, 84 kq çəkidə yalnız iki nəfər idik. Dünya çempionatında eyni çəkidə 20-30 ölkənin idmançısı olur. Burada isə yalnız iki ölkə idi. Çünki ancaq veteran idmançılar idi. 
 
– Döyüş nə qədər çəkdi?
 
– Digər idmançılar arasında yarışın vaxtı 3 dəqiqədir. Ancaq bizdə 3 raund, 2 dəqiqə oldu. Nokaut olmadı. Xal üstünlüyü, hakimlərin yekdil qərarı ilə mən qalib oldum. 
 
– Sözünüzdən belə anlaşıldı ki, buna bənzər yarışlara bir daha getməyəcəksiniz, eləmi?
 
– Təbii ki. Bu mənim sonuncu gedişim idi. Bir daha deyirəm ki, bu, çox səviyyəsiz təşkilat idi. Orada iştirak etməyin özü də onlara iştirak etmək kimi bir şeydir. Düzdür, federasiyamız məni dəvət etmişdi, ona görə qatılmışdım. Yoxsa heç idmançılarımızı belə tədbirlərə qatılmağa qoymuruq. 
 
– Mükafatlandırma mərasimi necə keçdi? Yoxsa burada da problem yaşandı?
 
– Yox, problem olmadı. Düzdür, biz qalib olduq, ancaq mükafatlandırma mərasimində iştirak etmədik. Çünki yarış 7 gün çəkir. Gəliş, açılış günü, sonra açılış olur. Döyüşlər davam edir, sonuncu gün də mükafatlandırma baş tutur. Biz mükafatlandırmaya qalmadığımız üçün mükafatımızı sonradan özləri göndərdi. Çünki artıq gözləməyin mənası da yox idi.
 
– Sirr deyilsə, mükafat nədən ibarət idi?  
 
– Heç nə. Bu, peşəkar deyil, həvəskar idman növüdür. Ona görə də burada hər hansı bir qiymətli mükafatdan söhbət gedə bilməz. Yarışın xatirə medalı və diplomla ilə mükafatlandırırlar. 
 
– Təşkilatçılığın zəif olmasına görə etiraz bildirdinizmi?
 
– Yox, mən kimə etiraz edəcəyəm? Orda hamının başı qarışıq idi. Dünyanın bir çox ölkələrindən yarışlara qatılmışdılar. 25 döşək, 3 kinqboksinq rinqi, 1 səkkizguşə rinq var idi. Hamının başı qarışıq idi, kimə şikayət edəcəkdim? Mənim şikayət etməyimin də mənası yox idi. Artıq bundan sonra belə yarışlarda iştirak etməməyim özü şikayət deməkdir.  
 
– Bəs, idman yarışında kimsə zədə alsa, onun taleyi necə olur? 
 
– Elə buna görə də yarışlara gedəndə sığortalanırsan ki, səhər hansısa bir hadisə baş verdikdə müalicə olunasan. Məsələn, keçən il bir idmançımızın çənəsi sınmışdı, o bir ay İtaliyada qaldı və sığorta təşkilatı onun müalicəsini davam etdirdi. 
 
– Deməli, gedəndən sonra peşman olubsunuz ki, ilin-günün bu vaxtında xərc çəkib niyə gəldim…
 
– O dərəcədə də yox. İndi sən ölkədən çıxırsan, başın dincəlir, beynin sakitləşir. Yarışın öz ab-havası var. Həm də tanınmış idmançıları görürsən. Mənim məqsədim dünya çempionu olmaq deyildi. Veteranların iştirakı başqa nəticələr əldə etmək üçündür. Uşaqlara və gənclərə sonrakı karyerası üçün dünya çempionu olmaq lazımdır. Amma bu, mənimçün elə də əhəmiyyət kəsb etmir. 
 
– Bundan sonra karyeranızı davam etdirəcəksiniz? 
 
– Mən heç vaxt idman karyerama son qoymaram. Çünki idman mənim həyat tərzimdir. Bu gün ruhdan düşən, əzgin, üzgün olan, əhval-ruhiyyəsi aşağı olan insanların hamısını mən idmana dəvət edirəm. İdman insanın yaşaması üçün çox böyük stimul verir. 
 
– (Yarızarafat) Adil bəy, yəni bahalaşma, devalvasiya və digər qayğıları da unutdurur?
 
– Hamısını unutduracaq. O yarışlarda iştirak etmək, tərləmək çox şeyi unutdurur. Qoy 50, 60, 70 yaşlı insanlar gəlsinlər bizim zalımıza, boks əlcəklərini geyinsinlər… Onlar burada elə həvəslənəcəklər ki, növbəti günlərdə də gələcəklər. İdman çox böyük avantajdır. İdmanla məşğul olan adam dediklərinizi də unudacaq.
 
– Amma elə məşqlərə qatılmaq üçün də müəyyən qədər vəsait tələb olunur…
 
– Vallah idmana heç bir vəsait lazım deyil. İdman edən adam üçün bu qədər gözəl parklarımız, bulvarımız var. Şərt deyil ki, adamlar gedib bahalı zallarda məşq etsin. Hər yerdə idman etmək mümkündür. Elə gəlsinlər bizim zallarımıza. Çox da bahalı zallar deyil. Zal ab-havası tamam başqadır. Adamlar boş-boş çayxanalarda oturmaqdansa, restoranlarda, kabinetlərdə yeyib-içməkdənsə, idman zallarına gəlsinlər. Çünki bu, daha effektli, xeyirli, mənalıdır. İnsanlar arağı içib, siqareti çəkib boş-boş qeybətlə məşğuldurlar. İdman zallarına girib stresslərini atsınlar, sağlam olsunlar. Siqaretdir, içkidir, bunlar hamısı stressin üstünə stress gətirir. Ölkədə bu qədər idman qurğuları tikilib istifadəyə verilib. Bunlar insanların istifadəsi üçündür. Özümüz özümüzün düşməniyik. Yeyib-yatmaq insanı məhv edir. Ona görə də idmanla məşğul olsunlar, çəkini tənzimləsinlər. İdman gözəllikdir, paklıqdır. İdman insan həyatı üçün hər şeydir. Ən ağır xəstəni də idmanla müalicə etmək olar. Həm psixi xəstəni, həm qan-damar sistemində problemi olanları, həmçinin şəkəri, təzyiqi olanları idmanla müalicə etmək olar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler