Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Oxuduqca ureyim titredi" (FOTO)

28 views28/02/2016

11:06

28 Fevral 2016 13:03 – xeber –
Ötən gün 35 yaşı olan aparıcı Zaur Baxşəliyev həmişə olduğu kimi ad gününü qeyd etməyib.
Big.az xəbər verir ki, aparıcının ad günü 26 fevral Xocalı soyqırımı ilə eyni tarixə düşdüyü üçün Zaur ad gününü qeyd etmir. Bu barədə sosial şəbəkədə yazan Z.Baxşəliyev yenə də onu təbrik edənlərə təşəkkür edib:

"Hər birinizə sonsuz təşəkkür edirəm. Təbriklərinizi oxuduqca ürəyim titrədi. Təbrikləriniz o qədər xoş təsir bağışladı! Bilirsiniz, məlum Xocalı hadisəsi ilə əlaqədar doğum günümü 24 ildir qeyd etmirəm. Amma məni sevib təbrik etmək istəyənlərin istəyinə qarşı çıxa da bilmərəm. Var olasınız. Sizin sevginiz mənə stimul verir. Sizin istəyiniz yaşayıb yaratmağa təkan verir, bircə bunu məndən əsirgəməyin. Bütün varlığımla bu 35 ildə yanınızda, sizinlə, dərdinizə şərik, sevincinizə şərik olmağa çalışdım. Bundan sonra da belə olacaq. Allah sevginizi mənə çox görməsin".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler