Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Övladlarimi qebul etmeyecem – Remis

16 views09/11/2016

13:48

15:45 – xeber – Xalq artisti Rafiq Hüseynov (Rəmiş) illərdir övladları ilə küsülü olduğunu deyib. 
 
Axşam.az-ın məlumatına görə, gitara ifaçısı "Evdəkilərə salam" verilişində söyləyib ki, onlarla heç vaxt barışmayacaq.
 
Rəmiş qardaşlarının da onunla danışmadığını bildirib:
 
"Övladlarım evimə gəlsə də, qəbul etmərəm. Ərləri də, özləri də mənə qarşı səhv buraxıb. Nəvələrim haqda heç fikirləşmirəm. Yüz nəvəm olsa da, lazım deyil. 1974-cü ildən onlar ayrı tərbiyə ilə böyüyüblər. Bala ataya qarşı səhv buraxanda münasibət alınmır. Hamı balasını çox istəyir. Elə səhvlər var ki, keçmək olmur. Efirdə səbəbləri deyə bilmərəm. 
 
Bir bacım var, anam onlarda qalırdı deyə, əvvəl evlərinə gedirdim. Anam dünyasını dəyişəndən sonra getmirəm. Bir qardaşım rəhmətə gedib, ikisi sağdı. Deyirlər Gülünü (həyat yoldaşı – red.) boşa, mən də etmirəm. Ona görə də məni danışdırmırlar".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler