Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Ordumuz torpaqlarimizi azad etmeye hazirdir"

12 views20/03/2017

19:00


[r32]
– xeber –
Martın 20-də Tərtər rayonu ərazisindəki hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, qonaqlar hərbi hissələrdə əsgərlərin xidmət və məişət şəraiti ilə yaxından tanış olub, inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkiblər.
Əsgər və zabitlər qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışıb. Bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusuna çevrilib. Azərbaycan ordusu hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, silahlı qüvvələrimizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Hərbi hissələrdə bayram tonqalları qalanıb. İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval ruhiyyəsi yaradıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler