Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ordu cevrilis ucun yola cixdi: tanklar paytaxta dogu… – Video

9 views14/11/2017

21:51


[r32]
– xeber –
Zimbabvenin 30 illik prezidenti 93 yaşlı Robert Muqabenin köməkçisi Emmerson Mnanqaqvanı istefaya göndərdikdən sonra ordu olaya müdaxilə edib.
Qaynarinfo.az xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Konstantino Çivennanın Emmerson Mnanqaqvanı dəstəkləyən şəxslərin işdən çıxarılmasına qarşı addımlar atmağa hazır olduqlarını açıqlamasından bir gün sonra tanklar paytaxt Harareyə doğru hərəkətə başlayıb.
Konstantino Çivenna 90 hərbçi ilə birlikdə keçirdiyi mətbuat konfransında ad çəkmədən prezident Robert Muqabeni hədəfə alıb və müstəqillik hərəkatında yer almış şəxslərə qarşı addımlara biganə qalmayacaqlarını bildiribmişdi.
Qeyd edək ki, Emmerson Mnanqaqva Zimbabve prezidenti Robert Muqabenin yerinə ən real namizəd hesab olunurdu. O, son aylarda 93 yaşlı dövlət başçısı və onun xanımı Qrase Muqabe tərəfindən prezidenti devirməyə çalışmaqda suçlanırdı. Prezident olmaq istəyini ötən həftə keçirilən hakim partiyanın mitinqində bir daha digə gətirən birinci xanım Qrasu Muqabenin gələn ay keçiriləcək partiya konqresində sədrin müavini təyin ediləcəyi deyilir.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler