Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Onun sifetindeki sirimlar…”

22 views19/02/2016

06:44

08:30 – xeber – Axar.az-ın “Bir abzas” layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edəcəyik. Layihənin ilk həftə üçün qonağı yaxın günlərdə 62 yaşını qeyd edən Azərbaycan şairi Əlisəmid Kürdür.
 
Şair Faiq Balabəylinin həmkarı Əlisəmid Kürün yaradıcılığı haqda fikirlərini təqdim edirik:
 
“Əlisəmid Kürün xarakterində bir kürlük var. Şeirləri də eynən elədir: misraları ayrı-ayrılıqda sakitdir, bir yerdə, şeir kimi oxunanda isə oxucusuna həyəcan yaşada bilir, diqqətsiz ola bilmirsən. Hərəkətləri, danışığı da belədir. Zahiri görünüşü şeirlərinə bənzəyir. Sifətindəki şırımlar şeir misralarıdır sanki, qədim daş kitabələrdəki əski yazılar kimi. Onu oxumamaq, izləməmək, imzası üçün darıxmamaq olmur. Şeirlərini tamam əzbərdən deməsələr də, şeirlərindən daha çox misal göstərilən şairdir. Bir şeirində bir neçə aforizmə çevrilə biləcək misra, fikir olur. Hərdən düşünürəm və qəti olaraq bu qənaətə gəlirəm ki, Əlisəmid öz içindən çölə çıxmayıb, oturub öz içində elə özünü yazır. Onun içi, özünü yazması isə, əslində, hər kəsin yaşaya bildiyi və yaşadığı ömür, müşahidələr, keçirdiyi hisslərdir. Bir dəfə söhbətimizdə dedi: “Mənim haqqımda yazılanlar var e, düz ard-arda, bir roman olacaq. Əlisəmidi tanıyanlar bu cür tanıyıb qəbul edir. ”Xalq sevir” ifadəsi saxtadır. Sən kimsən e, xalq səni sevsin. Məni də tanıyırlar. Təkcə Salyana yox, Azərbaycanın harasına getsəm, tanıyanlar olacaq. Bir dəfə oğlumla şəhərə çıxdıq. Oğlum dedi ki, dədə, sənlə şəhərə çıxmaq olmur. O qədər adamla görüşürsən, mən qalıram qıraqda. Bir şeirim var: “Mən macəra axtarmadım, Macəra məni tapdı”. Əlisəmid macəra dolu adamdır, şairdir, şeirlərində də macəra misra-misra düzülür…”

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler