Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Onlar Putine qarsi “ABŞ Jirinovskisini” cixartdi

23 views10/11/2016

07:40

09:35 – xeber – Amerikalılar Putin kimilərin qarşısına ABŞ-ın Jirinovskisini çıxarmaqla gücü tarazlaşdırmaq yolunu seçdilər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli Donald Trampın ABŞ prezidenti seçilməsinə münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, Respublikaçıların qələbəsi əslində gözlənilən idi:
 
“Bu gün səhər ABŞ seçkilərinin ilkin nəticələri açıqlandı. Bir çoxları üçün nəticə sürpriz oldu. Bəlkə də bu nəticə ona görə sürpriz kimi qarşılandı ki, Trampın davranışları, nifrətli çıxışı, yapısı bir çoxunda ciddi bir siyasətçi obrazı canlandırmırdı. Gözləntilər bu baxımdan Klintondan yana idi. Əslində, daha dərindən təhlil edildiyində, nəticədə bir qanunauyğunluq olduğunu görmək olar. Bu seçkidə sadəcə Tramp prezident seçilmədi, Konqresdə üstünlüyü qazanmaq üçün lazım olan 218 yerin əvəzinə respublikaçılar 238 yer qazandılar və ilkin nəticəyə görə, demokratlardan 47 çox yer əldə etdilər. Senatda da 51 yeri götürərək orda da üstünlük əldə etdilər.
 
Respublikaçıların Konqresdə və Senatda da üstünlük əldə etmələri göstərir ki, məsələ sadəcə Trampla bağlı deyil. AB ölkələrində, Rusiyada, Türkiyədə müşahidə edilən solun, liberalların enişi, mühafizəkarların, millətçilərin yüksəlişi prosesi ABŞ-da da seçkilərin nəticələrinə təsir edib”.
 
Ekspertin sözlərinə görə, ABŞ toplumunun 1992-ci ildən siyasətdə olan xanım Klintondan gözləntiləri tükəndiyindən Tramp qalib gələ bilib:
 
“Digər tərəfdən, bu nəticəni sadəcə iki namizədin performansı ilə qiymətləndirmək doğru olmaz. Beynəlxalq mühitdə son illər getdikcə artan terror təhdidi, Yaxın Şərqdəki müharibələr, insanlıq dramı və onun yaratdığı miqrant krizisi bütün ölkələrdə demokratiyadan uzaqlaşma meylini artırıb. Anti-müsəlman axınlar, “müsəlman=terrorçu” yanaşması, yabancı düşmənçiliyi açıq şəkildə yüksəlib. Fransada, Türkiyədə fövqəladə rejim tətbiq edilib, qanunlarda, hüquq və azadlıqlarda daralmalar yaranıb. Belçika, Almaniya AB razılaşmalarından fərqli yeni yanaşmalara meylini artırıb. Rusiya Krımı, Şərqi Ukraynanı işğal edib, Ukraynanın bir hissəsini faktiki nəzarətə götürüb, Gürcüstan ərazisinin bir hissəsini dolayı işğal edib və öz pasportlarını orda yaşayanlara verib. Suriyada Əsəd rejiminə dayaq olmaq üçün sivillərin başına bomba yağdırmaqdan çəkinmir. Odur ki, amerikalılar Putin kimilərinin qarşısına ABŞ-ın Jirinovskisini çıxarmaqla gücü tarazlaşdırmaq yolunu seçdilər. Ayrıca, ABŞ-da gəlmələri aşağılayan, müsəlmanları potensial terrorist görən, latın mənşəliləri təcavüzçü adlandıran Tramp, əslində, “gerçək amerikalıların” ürəklərində saxlayıb, yüksək səslə demədiklərini ifadə edərək həmin təbəqənin səsi olmaqla onların gözləntilərini qarşıladı. Əksər amerikalıların gözü ilə dünya Böyük ABŞ və xeyli kiçik digərlərindən ibarətdir. Digərlərinə yuxarıdan aşağı baxış istisna deyil. Əlbəttə, Federal Tədqiqatlar Bürosunun səsvermədən qısa müddət öncə Klintonun şəxsi e-mailinin dövlət işlərində istifədəsinə dair istintaqın başlayacağını açıqlaması da xeyli seçicinin səsinə təsir etdiyi şübhəsizdir. Bu hadisəni təsadüf saymaq olmaz. Nəticələrin formalaşmasında əlbəttə amerikalıların dəyişim istəyinin də rolu var. 1992-ci ildən müxtəlif rollarda (först ledi, demokratların namizədi, dövlət katibi sifətləri ilə) gündəmdə olan Hillaridən gözləntilər tükənmiş ola bilər. Halbuki, amerikalılar fərqlilikləri sınamağı sevən bir toplum kimi Trampı sınama fürsətini yaxaladılar və bu fürsəti "qiymətləndirdilər". Zaman bu qərarın doğru olub-olmadığını göstərəcək”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler