Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ölduyu deyilen Gulnare haqda inanilmaz xeber yayildi

16 views25/11/2016

11:00

– xeber –
Amerikalı jurnalistlər belə qənaətə gəliblər ki, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova Daşkənddəki ABŞ səfirliyində saxlanılır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Buzz Feed nəşrinin iddialarına görə, son günlərdə mətbuatda ölüm xəbəri yayılan Gülnarə Kərimovanın ABŞ səfiri Pamela Spratlenlə uzun müddətdir ki, sıx əlaqəsi var.
Nəşr yazıb ki, Gülnarə hələ atası İslam Kərimovun xəstə olduğu vaxtlarda ABŞ-la olan əlaqələrindən istifadə edərək hakimiyyəti ələ keçirməyə hazırlaşıb.
Portal Gülnarə Kərimova tərəfindən yazılan məktubun skan nüsxəsini də təqdim edib. Məktubda Gülnarənin prezident postuna namizədliyini irəli sürə bilməyəcəyi, ancaq özünün müəyyən etdiyi başqa şəxsin namizədini irəli sürdüyü yer alıb. Kərimovanın məktubdakı sözlərinə görə, Ədliyyə naziri Muzrafa İkramov Özbəkistanda ABŞ maraqlarını müdafiə etməyə qadirdir. Əsas rəqib kimi isə Senatın sədri Yuldaşev Nemətullanı göstərir.
Gülnarənin hazırda səfirlikdə olmasını iddia edən portal ABŞ-ın onu əlverişli şərait üçün saxladığını iddia edir:
“Lakin bu plan baş tutmadığından ABŞ da qarşıdakı regional planları üçün “özbək şahzadəsinə” kömək edir və onu Daşkənddəki Amerika səfirliyində gizlədir. ABŞ Kərimovanı əlverişli vaxt üçün qoruyur”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler