Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Obamaya gore konsulluga hucum etdiler

9 views08/11/2016

23:12

01:02 – xeber – Yunanıstanın Saloniki şəhərində bir qrup nümayişçi ABŞ Prezidenti Barak Obamanın 15 noyabrda Yunanıstana gözlənilən səfərinə etiraz əlaməti olaraq ABŞ Baş Konsulluğuna hücum edib. 
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Saloniki şəhərinin mərkəzindəki ABŞ Baş Konsulluğunun olduğu binanın qarşısına gələn 15 nümayişçi təhlükəsizlik qüvvələrini keçərək içəri daxil ola biliblər. ABŞ əleyhinə plakat qaldıraraq şüarlar səsləndirən nümayişçilər hadisə yerinə gələn polislər tərəfindən konsulluqdan uzaqlaşdırılıblar. 
 
6 nümayişçi nəzarətə götürülüb. Özlərini iqtidar əleyhdarı anarxistlər kimi qələmə verən, "Rubikon" qrupu üzvü olduğu bildirilən nümayişçilərin sonradan sərbəst buraxıldığı qeyd edilib.
 
Anarxist qrup bir müddət əvvəl internetdə yayımladığı bəyanatda Obamanın Yunanıstan səfərinə etiraz etmək üçün 15 noyabrda Afinada kütləvi nümayiş keçirməyə çağırış etmişdi.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler