Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Obamanin deveti Azerbaycanin ehemiyyetinin gostericisidir"

21 views06/01/2016

16:00

6 Yanvar 2016 17:57 – xeber –

ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtonda baş tutacaq IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi ölkəmiz üçün mühüm hadisədir və Azərbaycanın nə qədər əhəmiyyətli dövlət olduğunun göstəricisidir.

Olkem.az xəbər verir ki, bunu Trend İnformasiya Agentliyi-nin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, bu gün Azərbaycan regionda ən inkişaf etmiş dövlətlərdən biridir: "Məhz bu baxımdan ABŞ Prezidentinin Azərbaycan Prezidentinə dəvəti məqsədəmüvafiq hal kimi qiymətləndirilməlidir".
O əlavə edib ki, bu dəvət ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Ekspert bildirib ki, bu dəvət, eyni zamanda ABŞ ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışan qüvvələrə bir mesajdır: "Bu dəvət bir daha onu göstərir ki, ABŞ-ın Azərbaycana münasibəti ayrı-ayrı şəxslərin, hansısa qüvvələrin fikirləri əsasında formalaşmır. ABŞ Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Azərbaycan dünyəvi dövlətdir və müasir qanunlarla idarə olunur. ABŞ da bunu yaxşı başa düşür".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler