Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

O meshur sekil cekilende Roya subay idi…

24 views29/11/2016

13:00

– xeber –
Mən başa düşmürəm, əgər Röya sizə maraqlı deyilsə, niyə onun haqqında yazılar yazırsınız? Niyə xalqın sənətçisinin uğuruna sevinmirsiniz? O şəkil çəkiləndə nə lazımdırsa, yazmısınız da, demisiniz də!
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam əməkdar artist Röya Ayxanın mətbuatda jurnalistlər tərəfindən yayımlanan fotoları haqda rəsmi İnstaqram səhifəsində yazıb. O, bu halların düzgün olmadığını vurğulayıb:
“Görünür, Röya haqqında təzə xəbər tapa bilmirsiniz, ona görə keçmişə qayıtmışınız. O şəkil çəkiləndə Röya subay idi, indi isə böyük oğlu var, lazım olsa, indi də çəkdirər, amma çəkdirmir, axı bunları görürsünüz. Bəs, niyə insanı daş-qalaq etməyə çalışırsınız, əlinizə nə keçir? Belə şeylər Allaha ağır gedər, özünüzü, övladınızı qoyun onun yerinə, ayıb olsun! Nə qədər ki, bizdə birlik yoxdur, belə olacaq, paxıllıq qıracaq bizi. Röyanın zəhməti, əziyyəti böyükdür. Heç başqa yaxşılıqlarını demirsiniz, amma pislik etmək tez gəlir əlimizdən. Allah bizi özü qorusun, müğənnilər olmasaydı, görəsən, nədən danışardıq? Deməli, ən vacib, ən lazımlı, ən maraqlı adam sənət adamıdır. Röya, kef elə, dünya ilə bir adın var, sevilirsən, seçilirsən, get bir üzərlik yandır, bu söz-söhbət yatsın”.
Xatırladaq ki, Röyanın 25-26-27 noyabr tarixlərində Heydər Əliyev Sarayında keçirilən “Qadın” konsertinə bəzi media nümayəndələrinin buraxılmamasından sonra mətbuatda haqqında tənqidi yazılar və fotolar dərc edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler