Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Novbetli virtual firildaq – Video

17 views27/11/2016

19:40

– xeber –
Mənə kontur yüklə nömrəmi verəcəm tanış olaq. Sosial şəbəkələrdə bu cür elanlar qoyan saxta profil sahibləri konturu əldə edəndən sonra isə dərhal həmin şəxsi blok edir və yoxa çıxırlar. Ancaq həmin şəxslər bu əməllə cinayət törətmiş olduqlarından xəbərsizdirlər. Belə halla rastlaşan vətəndaşlar şikayət edərsə polis belə dələduzları asanlıqla taparaq məsuliyyətə cəlb edə bilər.
Mənə kontur al sonra tanış olaq.
Bu cür məzmunlu saxta profillər hər gün sosial şəbəkələrdə onların toruna düşəcək şəxsləri gözləyir.
Prosedur isə çox sadədir. Saxta profillərə nəzər salan adamlara dərhal mesaj göndərilir və kontur yükləyəcəyi təqdirdə onunla görüşəcəyini deyir. Daha sonra konturun şifrəsini əldə etdikdən sonra isə həmin adamı blok edərək növbəti qurban axtarışına çıxır.
Mütəxəssislər bildirir ki, belə halla rastlaşan vətəndaşlar dərhal polisə məlumat verməlidirlər. Belə şəxsləri isə Azərbaycan qanunvericiliyinə görə ciddi cəzalar gözləyir. Əgər bu yolla vətəndaşlara 100 manata qədər zərər vurularsa bu kiçik talama hesab edilir.
Əgər saxta profillərin sahibləri bu işlə mütəmadi olaraq məşğul olsalar artıq törətdikləri əməl dələduzluq cinayəti sayılır.
Ekspertlər bildirir ki, vətəndaşlar belə halla rastlaşmamaq üçün ehtiyyatlı olmalı və yazışma zamanı kontur istəyən şəxslərin birbaşa fırıldaqçı olduğuna əmin olmalıdırlar. Artıq belə bir hadisənin qurbanı olan şəxslər isə dərhal polisə məlumat verməlidirlər.
(Xezerxeber.com)

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler