Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Novbeti qetl: Lenkeranskinin qonsularini kim oldurub?

21 views23/11/2016

12:44

– xeber –
Noyabrın 22-də Lənkəranın Kiçik bazar məhəlləsində baş verən müəmmalı ölüm hadisəsinin təfərrüatı məlum olub.
Axar.az 24saat.org-a istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb. Bu ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.
Meyitlər müayinə üçün morqa aparılıb və hələ də dəfn olunmayıb. Yerli sakinlərdən verilən məlumata görə, qətlin sələmçiliklə bağlı baş verdiyi ehtimal olunur.
Aydın Kiçik bazarda tanınmış adamlardan imiş. O, vaxtını əsasən Kiçik bazar məscidinin yaxınlığındakı çayxanada domino oynamaqla keçirən pensiyaçı idi. Sakit, yaşlı bir adam olub. Onun Azad adlı oğlunun olduğu bildirilir.
Məlumatda deyilir ki, mərhum uzun müddətdir sələmçiliklə məşğul imiş. Hadisənin də sələmə pul verdiyi şəxslərdən birinin törətdiyi ehtimal olunur. Cinayəti narkomanların törətməsi istisna edilmir.
Onların silah kimi küt alətdən istifadə etdikləri bildirilir. Hadisədən sonra evə daxil olan qonşuları ahıl ər-arvadı yerdə uzanmış vəziyyətdə aşkarlayıblar.
Bu, Kiçik bazarda sələmçiliyə görə baş verən ilk belə qətl hadisəsi deyil. 2014-cü il martın 21-də bayram günü A.Allahverdiyevin qonşusu, Şəhidlər Xiyabanı – 5 ünvanında yaşayan sələmçi Sürəyya Tağıyeva qətlə yetirilib.
Onu qapı qonşusu Samid Hüseynov da eyni aqibətlə üzləşib.
S.Tağıyeva uzun illərdi tək yaşayırdı. Onu rayonda sələmçi kimi tanıyırdılar. Hadisədən sonra polis evindən 5 kilo qızıl çıxardığı iddia olunur. Eyni zamanda kimlərə sələm verdiyi, kimlərin ona aylıq pul ödədiyini sübut edən siyahı ortaya çıxıb.
Bundan başqa, rayonun Mamusta kəndində də sələmçi qadının evinə basqın olmuşdu. Onlar sələmçiyə xəsarət yetirməsələr də, evindəki qızıl dolusu seyfini götürüb aparıblar. Hadisənin 2 gün əvvəl baş verdiyi iddia olunur.
Xatırladaq ki, Kiçik bazarda qətlə yetirilən sələmçilər məşhur kriminal avtoritet, İstanbulda öldürülən Rövşən Lənkəranskinin ata evinə yaxın yaşayır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler