Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nizami Suleymanovun eseb sistemi pozulub

28 views10/11/2016

10:12

12:08 – xeber – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Süleymanovun uzun müddətdir ki, səhhətində problem yaranıb.
 
Bu barədə Modern.az-a Nizami Süleymanovun xanımı Lətifə Süleymanova məlumat verib.
 
“3-4 ay olar ki, Nizami müəllimin səhhətində problem var. Əsəb sistemi pozulub. Tez-tez xarici ölkələrə müayinə olunmaq üçün yollanır. Ya Türkiyədə, ya da Avstriyada müayinə, müalicə olunur. Hazırda da xaricdə müalicəsini davam etdirir. Səhhətindəki problemlə bağlı AMEA-dakı işlərini də hələlik təxirə salmalı olub. Ümid edirik ki, tam sağalıb yenidən ailəsinin və işinin başına dönəcək”.
 
Xatırladaq ki, Nizami Süleymanov 200-dən çox elmi əsərin müəllifidir. Həmçinin, 1992-ci ildə Azərbaycanda keçirilən ilk demokratik seçkilərə qatılaraq, prezidentliyə namizədliyini irəli sürüb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler