Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Niye "Qarabag" qrupda idi, biz yox? – ermeni prezidente sual

6 views12/01/2018

21:34


[r32]
– xeber –
Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolunun Ermənistanla müqayisədə irəli getməsinə münasibət bildirib.
Qol.az-ın yaydığı xəbərə görə, o qeyd edib ki, bunun səbəbi azərbaycanlı iş adamlarının futbolu ermənilərdən daha çox sevməsidir. O etiraf edib ki, yaxın zamanlarda erməni klublarının Azərbaycan çempionu “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur.
“ÇL-in qrupunda oynamaq üçün külli-miqdarda pul lazımdı ki, bu da bizdə yoxdur” – deyə o, keçirdiyi mətbuat konfransında bildirib.
“Nəyə görə Azərbaycan klubu “Qarabağ” Çempionlar Liqasının qrupuna düşür, amma bizimkilər yox” sualına onun cavabı belə olub:
“Çünki azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler