Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Niderlandda Azerbaycan tedbiri – Foto

8 views07/11/2016

12:44

14:40 – xeber – Noyabrın 4-də Niderlandın Zeyland (Zeeland) bölgəsinin, Zirikze (Zierikzee) şəhərində Azərbaycanla bağlı tədbir keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbir Niderlandda fəaliyyət göstərən “Konnekt” təşkilatının rəhbərliyi ilə təşkil olunub.
 
Tədbirdə çıxış edən “Konnekt” təşkilatının sədri Vüqar Abbasov Sxouven Düveland (Schouwen Duiveland) bələdiyyəsinin başçısı Herard Rabelinkə Azərbaycanla bağlı kitab hədiyyə edib.
 
Daha sonra “Konnekt” təşkilatının katibi Vim van Embden Azərbaycanla bağlı görüntülü təqdimat edib. Tədbir iştirakçıları Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salmış olublar. Zala toplaşanlara Azərbaycanda törədilən 20 Yanvar qırğını, Xocalı faciəsi barədə də məlumat verilib.
 
Təqdimatdan sonra Azərbaycanla bağlı qısa film nümayiş olunub. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler