Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

NEZ ucun novbeti muqavile imzalandi

29 views11/03/2016

16:44

18:39 – xeber – Martın 11-də SOCAR-ın baş ofisində Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə "Amec-Foster Wheeler/SOCAR-Foster Wheeler" alyansı arasında İlkin Detallı Layihələndirmə (FEED) işlərinin icrası ilə əlaqədar FEED müqaviləsinin imzalanma mərasimi keçirilib.
 
Axar.az Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "Amec-FW" şirkətinin Cənubi Avropa üzrə prezidenti, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin İdarə Heyətinin üzvü Marko Moresko, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.
 
R.Abdullayev qonaqları salamlayaraq, H.Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərinin əhəmiyyətindən danışıb, layihələndirmə və tikinti işlərinin mərhələli olaraq 2019-2020-ci illərdə həyata keçiriləcəyini qeyd edib. SOCAR prezidenti yenidənqurma mərhələsinə daxil olan qurğular üzrə lisenziar şirkətlərlə müqavilələrin imzalandığını və texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin artıq yekunlaşmaq üzrə olduğunu söyləyib.
 
"Amec-FW" şirkətinin Cənubi Avropa üzrə prezidenti M.Moresko layihənin növbəti mərhələsi olan İlkin Detallı Layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə yenidənqurma layihələrində böyük təcrübəyə malik "Amec-FW" və SOCAR-FW Mühəndis Xidmətləri Alyansının FEED podratçı qismində işlərə cəlb edilməsindən məmnunluğunu ifadə edib.
 
Daha sonra sənədin imzalanma mərasimi keçirilmişdir. Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov, "Amec-FW" şirkətinin kommersiya əməliyyatları üzrə direktoru Enzo Cioviale və SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov imzalayıblar.
 
Qeyd edək ki, "Amec-FW" artıq SOCAR-ın STAR layihəsində əvvəlcə FEED podratçı qismində, hazırda isə PMC qismində işlərə cəlb edilib. Eyni zamanda "Amec-FW" SOCAR ilə yaradılan birgə müəssisəsi vasitəsilə NQENKK layihəsində bir sıra mühəndislik işləri həyata keçirib, H.Əliyev adına NEZ-də isə ilkin mühəndislik işləri görüb. Birgə müəssisənin yaradılmasında əsas məqsəd yüksək ixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin Azərbaycanda cəlb olunduğu bütün layihələrdə yerli kadrlar üçün "Amec-FW" şirkətinin Milan ofisində təlimlər təşkil olunur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler