Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Neftci"nin yeni transferi: "İddiali kluba gelmek isteyirdim"

8 views11/01/2017

19:32


[r32]
– xeber –
Hələ bura gəlməmişdən "Neftçi" haqqında məlumat toplamışdım. Bu komandada çıxış etmiş Nikolas Kanaleslə yaxşı münasibətim var. Lazımi bilgiləri ondan almışdım.
Bunu Report-a açıqlamasında Bakının "Neftçi" klubunun yeni transferi İqnasio Herrera deyib. Çilili yarımmüdafiəçi "ağ-qaralar"ın Azərbaycanda ən köklü və iddialı klub olduğunu söyləyib: "Mən də iddialı bir kluba gəlmək istəyirdim. Bu baxımdan, seçimimi "Neftçi"dən yana etdim. Komandanın hədəflərindən xəbərim var. "Neftçi" ölkə kubokunda yarımfinala yüksəlib, çempionatı isə mümkün qədər yüksək pillələrdə başa vurmaq istəyir. Yeni klubum hər zamanı yuxarı pillələr uğrunda mübarizə aparıb. Yenə həmin mübarizənin zamanı gəlib".
Otuz yaşlı oyunçu "Neftçi"də uyğunlaşma ilə bağlı heç bir problemin olmadığını bildirib: "Kollektivdə bir neçə yeni futbolçu var. Uyğunlaşma ilə bağlı heç bir problemim yoxdur. Demək olar ki, artıq komandaya uyğunlaşmışam. Yalnız meydanda sözümüzü demək qalır. İnanıram ki, burada formamın pik həddinə çatacağam və komandaya xeyir verəcəyəm. Əsas fərdi yox, komandanın uğurudur".
Qeyd edək ki, "Neftçi" İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler