Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Neftci”nin oyununda biabirci sehv – Video

19 views05/11/2016

22:40

00:37 – xeber – Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan “Neftçi” – “İnter” oyunu kobud hakim səhvi ilə diqqət çəkib. 
 
APA-nın məlumatına görə, görüşün baş hakimi Rəvan Həmzəzadənin matçın 60-cı dəqiqəsində “bankirlər”in qapısına təyin etdiyi penalti hər kəsin təəccübünə səbəb olub.
 
Belə ki, hesab 1:0 olarkən Cavid İmamverdiyevin qapı ağzına ötürməsi zamanı qonaqların futbolçusu  Zurab Xizanaşvili topun qarşısını əli ilə alıb.
Ancaq referinin düşündüyünün əksinə, topun ələ təması cərimə meydançasının xəttindən nəzərə çarpacaq dərəcədə  kənarda idi.
 
“İnter”li oyunçuların etirazı fayda verməyib və penaltini dəqiq yerinə yetirən Araz Abdullayev hesabı 2:0 edib.
 
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler