Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nazirin qeyri-adi yeni il tetili (FOTO)

44 views30/12/2015

21:16

30 Dekabr 2015 23:09 – xeber –
Rusiya xarici işlər naziri Sergey Lavrov həyatında baş verən ən qeyri-adi Yeni ildən danışıb.
Olkem.az anspress-ə istinadən xəbər verir ki, nazir jurnalistlərlə ən parlaq yeni il xatirələrindən birini bölüşüb.
Lavrov qeyd edib ki, o, qeyri-adi Yeni ili institut illərində qarşılayıb. Lavrov bunu meşədə turist çadırında tonqal ətrafında qeyd edib.
"Ən qeyri-adi Yeni il institut illərində sadəcə meşədə, tonqalla birlikdə çadırda olub", – deyə Lavrov bildirib. Nazir vurğulayıb ki, institutda oxuyan zaman kurs yoldaşlarıyla birlikdə tez-tez yürüşlərə gedib. Bunlardan birində o, Yeni ili qarşılayıb.

Kolski yarımadası
"Biz yürüşlərə çox tez-tez gedirdik. Hər il yayda inşaat dəstələrinə gedirdik. Qış tətillərinə Arxanqelsk quberniyası Kolski yarımadasına səfərlər edirdik. Yürüşlərdən biri Yeni ilə düşdü. Soyuq idi, amma çox şən oldu", – Lavrov deyib.
Yeni il Rusiyada ən çox sevilən bayramlardan biri sayılır. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə minib.

mənbə : milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler