Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nazir qonaqlari qebul etdi

22 views19/02/2016

13:04

15:02 – xeber – Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev fevralın 19-u Sumqayıt Tarixi Muzeyində Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa və Sumqayıt rayonlarından olan qonaqları qəbul edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
 
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən, tarix və mədəniyyət abidələrinin qorunması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmiri, fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
 
Qəbula 30-a yaxın vətəndaş yazılıb. Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinləyib, onların müraciət və təkliflərinin həlli üçün müvafiq göstərişlər verib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler