Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nazir: "Neftin qiymeti qalxacaq"

20 views11/03/2016

09:52

– xeber – Dünyada neftin qiymətinin aşağı səviyyədə olması uzun müddət davam edə bilməz.

 

Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda keçirilən paneldə deyib.

 

N.Əliyev bildirib ki, neftin qiyməti neft istehsal edən ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.

 

Nazir deyib ki, hazırda neftin qiymətlərinin 4 dəfə aşağı düşməsi neft hasil edən ölkələr üçün yaxşı hal deyil. Onun sözlərinə görə, qiymətlərin çox yüksək olması da digər ölkələr üçün yaxşı hal deyil: "Hər tərəf üçün məqbul qiymətin olmasını istəyirik. Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrin neft istehsalı ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir. Bu da son nəticədə neft hasilatını azaldır. Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri tədricən artacaq. Müvafiq bir qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun. Neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsinlər".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler